Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun Ampeloqrafik Kolleksiya bağında mövsümi təsərrüfat işləri davam etdirilir.

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun Ampeloqrafik Kolleksiya bağında mövsümi təsərrüfat işləri davam etdirilir. "Üzümün emalı və şərabın texnologiyası" şöbəsində aqrotexniki qulluq işləri həyata keçirilir. Üzüm bitkisinin məhsuldarlığının artırılmasına yönəldilən tədbirlərdən biri də gübrələrin tətbiqidir ki, şöbənin əməkdaşları onun verilmə normasını təyin edərək vaxtını düzgün seçmişlər. Eyni zamanda sahədə alaq otlarından təmizlənmə, yaşıl əməliyyatın həyata keçirilməsi və digər aqrotexniki işlər də aparılır.