Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun "Ampeloqrafik Kolleksiya bağı"nda mövsüm üzrə üzümün xəstəlik və zərərvericilərinə qarşı aparılmış mübarizə tədbirlərinin nəticələri müşahidə olunub.

Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun "Ampeloqrafik Kolleksiya bağı"nda mövsüm üzrə üzümün xəstəlik və zərərvericilərinə qarşı aparılmış mübarizə tədbirlərinin nəticələri müşahidə olunub. İnstitutun 'Üzümün aqrotexnikası şöbəsi"nin, "İnteqrir mübarizə texnologiyaları", "Üzümün emalı və şərabın texnologiyaları", "Üzümun saxlanması, qurudulması və təkrar emalı laboratoriyaları"nın əməkdaşları tərəfindən kolleksiya bağında yetişdirilən texniki üzüm sortalarının şəkər toplama dinamikası sahə refaktometri vasitəsi ilə təyin olunub və sıx salxımlarda gilələrin seyrəldilməsi ilə bağlı işlər həyata keçirilib.