Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun Abşeron Təcrübə Təsərrüfatında yerli qiymətli texniki üzüm sortlarından ibarət üzüm bağları salınır

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun Abşeron Təcrübə Təsərrüfatında yerli qiymətli texniki üzüm sortlarından ibarət üzüm bağlarının salınması işi, onların şpalerə qaldırılması, məftillərin çəkilməsi və forma verilməsi işləri davam etdirilir. Eyni zamanda kolleksiya bağında institutun ayrı-ayrı şöbələrinin təcrübə sahələrində alaq otlarından təmizlənmə, yaşıl əməliyyatın həyata keçirilməsi və digər aqrotexniki işlər aparılır. Həmçinin təcrübə sahəsinin ətrafındakı ərazilərdə də təmizlik işləri də həyata keçirilir.