Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 ili tamam olur: "Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan olunub.

Azərbaycanın müasir tarixi dünyanın siyasət arenasında xüsusi yer tutmuş görkəmli dövlət xadimi, əzəmətli siyasi lider və şəxsiyyət, xalqımızın xilaskarı və müstəqil dövlətçiliyimizin memarı olan Heydər Əliyevin adı ilə bağlıdır. Bu günkü Azərbaycanın inkişaf yolu ötən əsrin 70-ci illərindən, Heydər Əliyevin həm Azərbaycanda, həm də SSRİ-də rəhbər vəzifələr tutduğu dövrdən başlayır”.

Eyni zamanda, Azərbaycanda üzümçülüyün inkişafının qızıl dövrü Ulu Öndər H.Əliyevin adı ilə bağlıdır. Məhz onun tapşırığı əsasında respublikamızda 1970-ci ildə üzümçülük və şərabçılıq üzrə Dövlət Komitəsi yaradıldı. Respublikada üzüm, şərab istehsalı və tədarükü bu Komitəyə həvalə edildi. Sözügedən sahənin elmi əsaslarla inkişaf etdirilməsi üçün ulu öndər Heydər Əliyevin şəxsi göstərişi ilə 1976-cı ildə Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu yaradıldı.

Azərbaycanda üzümçülük və şərabçılıq sahəsinin elmi əsaslarla inkişafını təmin etmək üçün Respublika Nazirlər Sovetinin 12 avqust 1976-cı il tarixli sərəncamı ilə Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu yaradılmışdır. Respublikanın bütün zonalarında üzümçülük və şərabçılığın elmi əsaslarını öyrənmək və elmi nailiyyətlərin istehsalata tətbiqi məqsədilə bu institutun Naxçıvan MR-də, Gəncə şəhərində, Şamaxı və Cəlilabad rayonlarında təcrübə stansiyaları və dayaq məntəqələri fəaliyyətə başlamışdır.

Azərbaycan Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu mövcud Üzümçülük-Şərabçılıq Dövlət Komitəsi tərkibində Bakının Mehdiabad qəsəbəsində yaradıldı. Bu, faktiki olaraq üzümçülük elminə və üzümçülüklə məşğul olan alimlərə tarixi bir hədiyyə idi.

Daha sonra institutun əməkdaşları da Ümummilli Lider H.Əliyev ilə bağlı xoş düşüncələrini qeyd ediblər.