Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda daxili seminarların keçirilmə ənənəsi davam edir.

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda daxili seminarların keçirilmə ənənəsi davam edir. İnstitutun “Üzümün emalı və şərabın texnologiyası” şöbəsinin elmi işçisi Turanə Hüseynova “Üzümün birillik (odunlaşmış) zoğlarının ampelometrik, təsərrüfat texnoloji göstəriciləri və əhəmiyyəti” və “Üzümün saxlanması, qurudulması və təkrar emalı” laboratoriyasının böyük elmi işçisi Asya Muradova "Сьесть или выпить? Что полезнее вино или виноград" mövzusunda olan təqdimatları ilə çıxış etdilər. Seminarda institutun şöbə müdirləri və elmi işçiləri iştirak ediblər. Seminar diskusiya şəklində keçirildi mövzu ilə əlaqəli suallar verildi və cavablar müzakirəli şəkildə izah olundu.