Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda DAİM (35) əməkdaşları online təlim keçirilmişdir

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru, a.e.d., dosent Vüqar Səlimovun “Üzümlüklərin yerləşdirilməsi zamanı mikrozonallıq, sort xüsusiyyətləri, düzgün sort seçimininin aparılması, Xaricdən gətirilən çoxsaylı üzüm sortlarının hansının hansı bölgədə fayda verəcəyi, o cümlədən onların becərilmə texnologiyası” mövzusunda “ZOOM” proqramı vasitəsilə online təlim keçirilmişdir. Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Goranboy, Abşeron, Ağdaş, Ağstafa, Bərdə, Beyləqan, Biləsuvar, Cəlilabad, Füzuli, Göygöl, İsmayıllı, Lerik, Masallı, Neftçala, Oğuz, Qobustan, Qusar, Sabirabad, Şamaxı, Samux, Şəki, Siyəzən, Xızı, Yevlax, Qazax, Göygöl, Balakən, Lənkəran, Qax, Qəbələ, Quba, Şabran, Salyan, Şəmkir, Tərtər DAİM (35 DAİM) əməkdaşları təlimə qoşulmuşdur. Məruzəçi ilk öncə Üzümçülüyün ixtisaslaşmasında, üzümlüklərin salınması, becərilməsində və s. müasir yanaşmalardan bəhs etdi. Qeyd edildi ki, üzümlüyü müxtəlif relyefə malik torpaqlarda salmaq və əkib-becərmək mümkündür. Müasir suvarma sistemlərinin (damcıvari suvarma və s.) geniş imkanlara malik olması mürəkkəb relyeflərdə də əkilən üzümlüklərin suvarılmasına imkan verir. Xaricdən sortu gətirərkən hansı aspektlərə fikir verilməlidir. İntroduksiya prosesi və əhəmiyyəti tədbir iştirakçılarının diqqətinə çatdırıldı. Hal-hazırkı dövrdə introduksiyanın nəzəri müddəaları, yolları və həyata keçirilməsi üsulları uğurla işlənilməkdədir. Sortun introduksiyası nəzərdə tutulan, planlaşdırılan bölgənin ekoloji şəraitinin qiymətləndirilməsi, introduksiya olunacaq sortun bioloji xüsusiyyətlərinin dərin öyrənilməsi və birinci növbədə onun əsas ekoloji mühit amillərinə reaksiyasının müəyyən edilməsi üzüm sortlarının introduksiyasında aparıcı əsas kimi əldə rəhbər tutulmalıdır. Üzümlüklərdə bitki sıxlığını müəyyən etmək üçün Avropa təcrübəsi mövcuddur ki, Almaniya, Rumıniya, Çexiya, Avstriya və s. ölkələrdə sənaye üzümlüklərində 1 ha-da tənəyin minimum sayının 3,8 min ədəd, optimal isə 4,55 min ədəd hesab edilir. Respublikamızda da əsasən əkin sxemi 3 x 1,5 m və 2,5 x 1,5 m olan 3 məftilli şaquli şpaler üsulu geniş yayılmışdır. Üzümlüyü müxtəlif relyefə malik torpaqlarda salmaq və əkib-becərmək mümkündür. Üzümlüklər salınarkən ərazi və torpaqdakı aşağıdakı səciyyəvi əlamətlər nəzərə alınmalıdır. Bütün bitkilərin normal böyüməsi və inkişafi üçün günəş işığı, karbon qazı, oksigen, su, makroelementlər, mezoelementlər, mikroelementlərin olması zəruridir. Daha sonra xarici üzüm sortların budanması zamanı hansı məqamlar nəzərə

alınmalıdır vurğulandı və mövcud xəstəliklər barəsində də rənglifotoşəkillər vasitəsilə məlumat verildi.