Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunda 31 MART soyqırımına həsr olunmuş tədbir keçirilib

Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunda 31 MART soyqırımına həsr olunmuş tədbir keçirilib. Tədbirdə institutun bütün kollektivi iştirak edib. Tədbir institutun direktoru Vüqar Səlimovun çıxışı ilə başlayıb. İlk öncə xalqımızın tarixi qan yaddaşı haqqında qısaca məlumat verilib, daha sonra Azərbaycan Respublikasının bədnam düşmənlər üzərində qazandığı qələbə və müzəffər ordumuzun qəhrəmanlıqları vurğulanıb.

Tədbir digər əməkdaşların çıxışı ilə davam edib. Sonda 31 mart soyqırımı qurbanlarının unudulmaz xatirəsi bir dəqiqəlik sükut ilə yad edilib.