Üzüm bağlarında iyul ayı üçün aqronomik tədbirlər- Fermerlərə tövsiyə

Üzüm bağlarında iyul ayı üçün aqronomik tədbirlər- Fermerlərə tövsiyə

X9VFbKZWbkcmFhkGzD5CExBxXQcLB9sL3DOjS1kv.jpg

İyul ayının əvvəlləri üzümdə gilələrin (qoraların) formalaşması və inkişafı dövrüdür. Bu dövrdə tənəklərdə yaşıl əməliyyatlar, yaşıl bağlama, gilələrin və salxımların seyrəldilməsi, xəstəlik və zərərveriсilərə (mildiu, oidium, antraknoz, boz çürümə, gilə qurdu və s.) qarşı aktiv mübarizə tədbirləri aparılmalıdır.

Üzüm salxım yarpaqbükəni ilə mübarizə aparmaq üçün kəpənəklərin kütləvi uçuşu təyin edildikdən sonra müvafiq insektisidlərdən (Super takmetrin, Arrivo, Fastak, Supermetrin 0,35-0,60 l/ha və s.) istifadə edilərək mübarizə aparılır. Bundan başqa, “Poliqor”, “Nugor”, “Priban-4”, “Alban-4”, “Drusban-4” 2,0-2,5 l/ha və s. preparatları ilə mübarizə aparıla bilər. Qeyd edək ki, giləqurduna qarşı istifadə edilən insektisidlər mildiu, oidiuma qarşı istifadə edilən bir çox funqisidlərlə qarışdırıla bilər. Bu dövrdə həmçinin göbələk xəstəliklərinə (mildiu, oidium, boz çürümə, antraknoz, ölü kol və s.) qarşı da kimyəvi çiləmələr (12-16 gündən bir) aparılması məqsədəuyğundur. Bu zaman üzümdə vegetativ və generativ orqanların sürətli inkişafı ilə əlaqadar olaraq qida maddələrinə təlabat çox böyük olur. Ona görə üzüm bağlarında kökdənkənar yemləmələrin də aparılması vacibdir. Bu dövrdə bir neçə tədbirin eyni zamanda aparılması labüd olduğundan kompleks tədbirlərin tətbiqi işi xeyli dərəcədə yüngülləşdirir. Ona görə də mildiu, oidium, antraknoz, boz çürümə, qara çürümə, ağ çürümə, ölü kol xəstəliklərinə, gilə qurduna, qida çatışmazlığına qarşı mübarizə məqsədilə kompleks mübarizə üsulundan (Ridomil 2.5 kq/ha+ Kumulus 5.0 kq/ha + Super Takimetrin 0.35 l/ha+Super Heksal 2.0 l/ha; Mikal 4 kq/ha +Skor 0,2 l/ha + Strobi 0,25 kq/ha; Ridomil 2,5 kq/ha + Skor 0,2 l/ha + Topsin-M 1,0 kq/ha və s.) istifadə edilməsi iqtisadi baxımdan əlverişlidir. Preparatlardan bir qismi (Mikal, Skor, Strobi, Topaz, Saprol, İmpakt, Kvadris SK və s.) eyni vaxtda mildiuma və oidiuma təsir edir.

İyulda suvarılan sahələrdə güclü boyatan sortların zoğları sürətlə inkişaf etdiyindən biclərin qoparılması davam etdirilir və yaşıl zoğların 3-cü dəfə bağlanması əməliyyatları aparılır. Suvarmalardan sonra torpağın yumşaldılması və alaq otlarına qarşı mübarizə tədbirləri davam etdirilir. Gilələri tam iriliyə çatan üzüm sortlarında (şəkərlilik 0,5-1%-dən çox olmaq şərti ilə) texniki üzüm sortlarının qeyri-standart salxımları seyrəldilərək dərilir, onlardan abqora hazırlanması məqsədəuyğundur.

Üzüm bağlarında iyul ayı üçün aqronomik tədbirlər- Fermerlərə tövsiyə Üzüm bağlarında iyul ayı üçün aqronomik tədbirlər- Fermerlərə tövsiyə Üzüm bağlarında iyul ayı üçün aqronomik tədbirlər- Fermerlərə tövsiyə Üzüm bağlarında iyul ayı üçün aqronomik tədbirlər- Fermerlərə tövsiyə Üzüm bağlarında iyul ayı üçün aqronomik tədbirlər- Fermerlərə tövsiyə Üzüm bağlarında iyul ayı üçün aqronomik tədbirlər- Fermerlərə tövsiyə Üzüm bağlarında iyul ayı üçün aqronomik tədbirlər- Fermerlərə tövsiyə Üzüm bağlarında iyul ayı üçün aqronomik tədbirlər- Fermerlərə tövsiyə