Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun “Üzümün emalı və şərabın texnologiyası” şöbəsinin əməkdaşları tərəfindən texniki üzüm sortlarının gilələrinin yetişmə dinamikası öyrənilir.

Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun “Üzümün emalı və şərabın texnologiyası” şöbəsinin əməkdaşları tərəfindən Ampeloqrafik kolleksiya bağında texniki üzüm sortlarının gilələrinin yetişmə dinamikası öyrənilir.

Müşahidələr hər 2-3 gündən bir, yığım vaxtı yaxınlaşdıqda isə hər gün aparılır. Üzümün yetişməsi üzərində nəzarət sahə və laboratoriya metodları ilə həyata keçirilir.

Gilələrin yetişməsi dövründə əsasən şəkərlilik və titrlənən turşuluğun miqdarı müəyyən edilərək müşahidə dəftərlərinə qeyd edilir. Şəkərlilik saxarometr cihazı, tarla reflektometri, turşuluq isə laboratoriya şəraitində təyin edilir.