Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin və Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə institutda yubiley tədbiri keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin və Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə institutda yubiley tədbiri keçirilib. Tədbirdə BHİ komitəsinin sədri Fuad Məmmədov və Təşkilat şöbəsinin müdiri Anar Tağıyev iştirak ediblər.

İnstitutun Biokimyəvi tədqiqatlar və keyfiyyətə nəzarət laboratoriyasının böyük elmi işçisi Zeynalova Afaq Yəhya qızı 75, Elmi işlər üzrə direktor müavini Məmmədova Xədicə Məmməd qızı 65, Maliyyə və Mühasibat uçotu şöbəsinin müdiri və baş mühasib Abdullayeva Güləndam Yadulla qızı 55, İnteqrir mübarizə texnologiyaları laboratoriyasının böyük aqrotexniki Abbasova Təranə Mikayıl qızı 55 yaşları olmaq münasibətilə BHİ Komitəsinin sədri Fuad Məmmədov və institutun direktoru Vüqar Səlimov tərəfindən Fəxri Fərmanla Təltif olunublar.