Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq ET İnstitutunun "Aqrokimya laboratoriyasının" əməkdaşları tərəfindən mövsümə uyğun olaraq tədqiqat işləri davam etdirilir.

Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq ET İnstitutunun "Aqrokimya laboratoriyasının" əməkdaşları tərəfindən mövsümə uyğun olaraq tədqiqat işləri davam etdirilir. Məhsul yığımından sonra, yay mövsümünün 3-cü on günlüyündə üzüm tənəyinin digər qida maddələri ilə yanaşı kalium tərkibli gübrələrlə yemlənməsinə daha çox ehtiyac duyulur. Gübrə verilən zaman bir sıra məqamlar gözlənilməlidir. Bu zaman gübrələrin maye halda istifadəsi daha məqsədəuyğundur. Gübrələnmə bitkilərin şaxtaya və quraqlığa qarşı olan davamlılığını artırır. Torpaqda kalium çatışmadıqda tənəkdə ilk növbədə fotosintez prosesi zəifləyir. Hazırda bir çox üzümlüklərdə xəzanlama mərhələsi olduğuna görə qida maddələrinə ehtiyac duyulur və ələvə olaraq kökdən yemləmə aparılır. Belə ki, üzüm sortlarının keyfiyyət və məhsuldarlıq göstəricilərinin yüksək olması üçün müxtəlif növ (Seleda aminosell-K 3-0-9) tərkibli gübrədən istifadə edilərək tənəklərdə zoğların tez yetişməsi və soyuğa davamlılığının artırılması üçün kökdən yemləmə şəklində tətbiq olunması uyğun hesab edildi.