Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun universitetlərlə birgə əməkdaşlıqları yenilənir və davam etdirilir.

Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun universitetlərlə birgə əməkdaşlıqları yenilənir və davam etdirilir.

Azərbaycan Diplomatik Akademiyasının tələbələri ilə institutda görüş keçirilib. Tələbələr görüş zamanı institutun fəaliyyət planı, gələcək hədəfləri, müxtəlif coğrafi bölgələr üzrə yetişdirilən yerli və introduksiya olunmuş üzüm sortları, alınmış patentlər, fərqli illər üzrə üzümün və ondan hazırlanan məhsulların istehsalı, ixracı, idxalı və istehlakı ilə bağlı statistik göstəriciləri ilə tanış olublar. Üzümçülük və şərabçılıqla bağlı əldə etdikləri iqtisadi göstəricilər tələbələrin gələcək elmi işləri və fəaliyyət istiqamətləri üçün faydalı olub.