Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunda yerli üzüm sortlarının müasir üsullarla öyrənilməsi və çoxaldılması istiqamətində tədqiqat işləri davam etdirilir.

Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunda yerli üzüm sortlarının müasir üsullarla öyrənilməsi və çoxaldılması istiqamətində tədqiqat işləri davam etdirilir.

Respublikanın müxtəlif regionlarındakı köhnə üzüm bağlarında, fermer, ailə kəndli və ev təsərrüfatlarında “Şirvanşahı”, “Qarağat”, “Yabanı” üzümü, “Xindoqnı”, “Qaraşirə” üzüm sortları araşdırılıb, onlardan əkin materialı tədarük olunması üçün tədqiqatlar həyata keçirilib. Sortların bioloji və genetik təmizliyinin, mənşəyinin qorunub saxlanılması, genetik cəhətdən yaxşılaşdırılması məqsədilə populyasiyasının morfoloji, bioloji, texnoloji müxtəlifliyi öyrənilib, sortun irsi əlamətlərini özündə əks etdirən biotiplər müəyyən edilib və etiketlənib