"Aqrar İnkişaf Könüllüləri" Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunda olublar

"Aqrar İnkişaf Könüllüləri" Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunda olublar

Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan İnsan Resursları Assosiasiyasının və Business Development Center-in tərəfdaşlığı ilə həyata keçirilən "Yay Təcrübə Proqramı"nın növbəti ekskursiyası Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunda baş tutub.

Mütəxəssislər tərəfindən iştirakçılara üzüm sortları, şərabın hazırlanma texnologiyası, laboratoriyada istifadə olunan qurğular haqqında məlumat verilib.

Ekskursiya zamanı könüllülər nəzəri biliklərini təkmilləşdirərək ölkənin iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən fermerlərə dəstəyin göstərilməsi, kənd təsərrüfatının innovativ tələblərə uyğun formalaşdırılması barədə ətraflı məlumat əldə ediblər.

Daha sonra iştirakçılar İnstitutun "Ampeloqrafik Kolleksiya bağı"nda olublar. Üzüm yığımı dövründə onları maraqlandıran suallar cavablandırılıb.