“Ampeloqrafik tədqiqatçılar” işçi qrupunun üzvləri araşdırmalarını zoğlar üzərində davam etdirirlər

Azərbaycanın qiymətli yerli üzüm sortlarının Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının ( OIV ) müasir protokol və üsullarına görə öyrənilib rəqəmsal təsvir edilməsi, üzüm sortlarının təyinedici əsas morfogenetik əlamətlərinin ayrı-ayrılıqda hər bir sort üçün tərtib olunması və beynəlxalq məlumat bazasında yerləşdirməsi məqsədilə İnstitutun gənc mütəxəssislərindən ibarət “Ampeloqrafik tədqiqatçılar” işçi qrupunun üzvləri araşdırmalarını zoğlar üzərində davam etdirirlər. Üzümün birillik (odunlaşmış) zoğlarının ampelometrik, təsərrüfat texnoloji göstəriciləri və əhəmiyyəti olduqca böyükdür. Çünki sortların səciyyələndirilməsində və populyasiyadakı (sortdaxili) dəyişkənliyin müəyyən edilməsində zoğların botaniki və morfometrik əlamətləri, buğumlardakı yarpaqlar, biclər, qışlayıcı tumurcuqlar, çiçək qrupları və bığcıqlar mühüm rol oynayır. Zoğların üzəri hamar, şırım-şırım, damarlı və qırış-qırış olur. Üzüm zoğu üzümlüklərin bərpa edilməsində və sort tərkibinin dəyişdirilməsində əvəz edilməz orqandır. Bildiyimiz kimi üzümlüklərin bərpa edilməsi və sort tərkibinin dəyişdirilməsi məqsədi ilə zoğlardan istifadə edilir yəni üzüm vegetativ çoxalan bitkidir. Buna görədə zoğlar onun irsi əlamətlərinin inkişafında və vegetativ nəslə ötürülməsində mühüm rol oynayır. Çubuqlar hazırlanarkən zoğun aşağı hissəsindən (əsasından) uc hissəsindən və üzərindəki bic zoğlardan istifadə edilmir. Haramı və pöhrə zoğlardan əkin materiyalı tədarük edildikdə bu zoğlardan alınan tənəklərdə çiçəktökmə və gilələrdə noxudlaşma prosesi gedir. Bu səbəblərə görə haramı və pöhrə zoğlardan əkin üçün istifadə edilmir. Tingin əkinə hazırlanması, əkin üçün hazırlanmış zoğun yetişmiş hissəsinin boyu 20 sm-dən, diamerti 5mm-dən, əsas köklərin sayı 4-dən,uzunluğu 12 sm-dən, qalınlığı (diametri) 2 mm-dən az olmamalıdır.