Ampeloqrafik Kolleksiya bağında mövsümlə əlaqədar aqrotexniki qulluq işləri davam etdirilir.

Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun Ampeloqrafik Kolleksiya bağında mövsümlə əlaqədar aqrotexniki qulluq işləri davam etdirilir.

İnstitutun şöbə və laboratoriyalarının əməkdaşları öz təcrübə sahələrində sorta məxsus olaraq optimal göz yükünü saxlamaqla budama işlərini, xəstəlik və zərarvericilərə qarşı mübarizə tədbirlərini və torpaq becərmə işlərini həyata keçirirlər.