28.07.2022 -ci il tarixdə Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunda bütün DAİM üzvlərinin iştirakı ilə onlayn təlim keçirilib

28.07.2022 -ci il tarixdə Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunda bütün DAİM üzvlərinin iştirakı ilə onlayn təlim keçirilib.

İnstitutun "Ampeloqrafiya, seleksiya və tinglik şöbəsi"nin Aqrar Elmləri üzrə Fəlsəfə doktoru Hüseynova Afət Sabir qızı "Yüksək temperatur və quraqlıq şəraitində üzümlüklərin mühafizəsi və yetişdirilməsi texnologiyası" mövzusu ilə çıxış edib.

İlk öncə məruzəçi qeyd edib ki, iqlim dəyişikliyi nəticəsində havanın orta illik hərarəti artır, yağıntılar azalır, mövsümlər üçün qeyri-xarakterik hava şəraiti mövcud kənd təsərrüfatı təcrübələrini pozur. Eyni zamanda mövcud çağırışlara uyğun olaraq məhsul istehsalı prosesində ənənəvi üsulların yeni yanaşmalarla əvəzlənməsinin vacibliyi vurğulndı.

Təlim zamanı məruzəçi yüksək temperaturdan yaranan “iflic”və ona qarşı görülən işlər, üzümü quraqlıqdan və yüksək temperaturdan qorunmaq üçün həyata keçirilən preventiv tədbirlər haqqında təcrübə sahəsində çəkilmiş fotoşəkillər nümayiş etdirməklə geniş məlumat verdi.