Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun "Ampeloqrafiya, seleksiya və tinglik" şöbəsinin əməkdaşları tərəfindən respublikanın müxtəlif ekoloji-coğrafi şəraitlərində əkilib becərilən yerli və introduklsiya olunmuş kişmişi üzüm sortlarının aqroekoloji, ampeloqrafik qiymətləndirilməsi, sortların təyin edilməsi və sorttəmizliyinin təmin edilməsi məqsədilə müasir metod və protokollar əsasında tədqiqat işlərini davam etdirilərək, üzüm sortlarının ampeloqrafik, ampelodeskriptor əlamətləri və texnoloji göstəriciləri müasir laborator üsullarla və OIV protokollarına uyğun öyrənilir.
Tədqiqat işində əsas məqsəd müxtəlif ekoloji-coğrafi bölgələrə uyğun adaptiv xüsusiyyətli perspektiv formaların seçilib, müəyyən edilməsi və fermerlərə tövsiyə olunmasıdır.