Üzümçülük və Şərabçılıq ET İnstitutun gənc mütəxəssislərindən ibarət “Ampeloqrafik tədqiqatçılar” işçi qrupunun üzvləri tərəfindən Azərbaycanın qiymətli yerli və xarici üzüm sortlarının Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının ( OIV ) müasir protokol və üsullarına görə öyrənilib rəqəmsal təsvir edilməsi, üzüm sortlarının təyinedici əsas morfogenetik əlamətlərinin ayrı-ayrılıqda hər bir sort üçün tərtib olunması və beynəlxalq məlumat bazasında yerləşdirməsi istiqamətində tədqiqat işləri davam etdirilir. Xarici üzüm sortu Moldova və yerli Yumru kişmiş sortunun salxımları üzərində mexaniki göstəricilər müəyyənləşdirilmişdir.