Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun Ampeloqrafik Kolleksiya bağında mövsüm ilə əlaqədar olaraq quru bağlama işləri aparılıb.

Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun Ampeloqrafik Kolleksiya bağında mövsüm ilə əlaqədar olaraq quru bağlama işləri aparılıb.

Tənəyin quru bağlanması: Tənəyin çoxillik hissələrinin və bar zoğlarının məftilə bağlanmasına quru bağlama deyilir. Zoğların quru bağlanması tənəyə forma verilməsində və verilən formanın saxlanılmasında mühüm əməliyyatlardan biridir. Tənəyə forma verilmə dövründə quru bağlama ştambın şaquli vəziyyətdə durmasını və zoğların düzgün yerləşməsini, habelə məhsuldarlığın artmasını, torpağın becərilməsi işlərinin asanlaşdırılmasını təmin edir. Zoğların məftillər üzərində düzgün yerləşdirilib bağlanması tənəkdə olan polyarlığı məhdudlaşdırır ki, bunun da nəticəsində bir zoğun üzərində gözcükdən əmələ gələn zoğlar eyni bərabərdə inkişaf edir və gözcüklərin açma faizi yüksək olur. Tənəyin quru bağlanması zamanı bar zoğları məftillərin səthi üzərində düzgün yerləşdirilməlidir. Zoğlar məftilə bağlanılmalıdır. Tənəyin quru bağlanmasını şirə axımının əvvəlindən başlayaraq tumurcuqlar açılana qədər qurtarmaq lazımdır. Çünki bu dövrdə zoğlar şirə hərəkəti başladığından elastik olur və əyib məftilə bağlayərkən qırılmır. Quru bağlama tumurcuqlar şişən dövrdə aparılmalıdır. Çünki bu zaman gözcüklər qopub tökülə bilər.Quru bağlama zamanı bar zoğları birinci və ikinci məftilə bağlanır və onların arasındakı məsafə 35-40 sm-dən artıq olmalıdır. Bar zoğunu məftilə bağlamaq üçün onu əvvəlcə sol əlin baş barmağı ilə əymə yerinin aşağısından tutaraq ehmalca əyib, o biri əl ilə zoğ məftilə əyildiyi yerdən və zoğun ucundan bağlama materialı ilə məftilə bağlanır. Quru bağlama dövrü tənəyin çoxillik hissələri də məftilə bağlanmalıdır.