Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun Ampeloqrafik Kolleksiya Bağında “Aqrokimya şöbəsi”nin əməkdaşları tərəfindən tədqiqat işləri davam etdirilir .

Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun Ampeloqrafik Kolleksiya Bağında “Aqrokimya şöbəsi”nin əməkdaşları tərəfindən tədqiqat işləri davam etdirilir .

Üzüm digər bitkilər kimi torpaqdan müəyyən miqdarda qida maddələri mənimsəyərək, məhsulun vegetativ formalaşmasına sərf edir. Bitkilərdən sabit və keyfiyyətli məhsul alınması üçün hər il gübrələmə həyata keçirilməlidir. Gübrələməni həyata keçirən zaman bir neçə məqam gözlənilməlidir. Mütləq torpağın fiziki-kimyəvi göstəriciləri öyrənilməlidir. Bura bitkinin inkişaf xüsusiyyətləri, bitkinin becərilmə şəraiti və alınan məhsulların texnoloji istifadə istiqamətləri və.s nəzərə alınaraq tətbiq edilməlidir. Bildiyimiz kimi qida maddələri makro, mikro və mezo elementlərə bölünür. Azot, fosfor, kalium bitki həyatında mühüm rol oynayır. Eləcə də S, Cu, Fe, Mo, Zn, Mg bitki üçün əhəmiyyətli rol oynayır. Abşeron şəraitində torpaq xüsusiyyətlərini nəzərə almaqla, tərkibində müxtəlif növ elementlər olan kökdən və kökdənkənar yemləmələr, müxtəlif gübrələr, o cümlədən fərqli kombinasiyada və dozalarda sınaqdan keçirilmişdir.Abşeron, Şamaxı, Samux şəraitlərində torpaq xüsusiyyətlərini nəzərə almaqla, tərkibində müxtəlif növ qida elementləri və üzvi biriləşmələr (azot, fosfor, kalium, dəmir, maqnezium, kükürd, sink, bor, fulvik turşular, aminoasitlər, humatlar və s.) olan müxtəlif gübrələrin fərqli kombinasiyalarda və dozalarda kökdən və kökdənkənar (yarpaq) tətbiqinin tənəyin böyümə və inkişafına, zoğların yetişmə dərəcəsinə, tənəyin boy gücünə, salxımların sayına, salxımların orta kütləsinə, məhsuldarlığa, salxımda gilənin sayına, 100 gilənin kütləsinə, çiçəklərin tökülmə miqdarına, noxudlaşmış gilələrin miqdarına, gilədə şəkərlilik, titrlənən turşuluq və gilələrin rəng intensivliyinə, məhsulun əmtəəlik göstəricilərinə və s. təsiri tədqiq edilərək, optimal gübrə normaları müəyyən ediləcəkdir.