Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunda yekun hesabatlar dinlənilib

15.12.2022- ci il tarixdə Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunda yekun hesabatlar dinlənilib. “İnteqrir mübarizə texnologiyalari laboratoriyası” nın müdiri Nurəddinova Hafizə “Aborigen ve introduksiya olunmuş üzüm sortlarının, yeni hibrid formalarının biotik ve abiotik stress faktorlarına qarşı davamlılığının qiymətləndirilməsi, onların mühafizəsi məqsədilə inteqrir mübarizə tədbirlərinin işlənib hazırlanması", “Üzümün emalı və şərabın texnologiyası” şöbəsinin müdiri Musayev Teymur “Alkoqollu və alkoqolsuz içkilərin brendləşdirilməsi məqsədilə müxtəlif bölgələr üçün ənənəvi olan üzüm sortlarının texnoloji parametrlərinin tədqiqi, yeni növ şərab brendi və alkoqolsuz içkilərin istehsal texnologiyalarının işlənib hazırlanması və təkmilləşdirilməsi”, "Ampeloqrafiya, seleksiya və tinglik şöbəsi"nin müdiri Afət Hüseynova "Üzüm genefondunda innovativ texnologiyalar əsasında qiymətləndirilməsi, donor genotiplərin seçilməsi, müasir tələbata cavab verən yeni süfrə, kişmişi və texniki üzüm sortlarının yaradılması, irsi xüsusiyyətləri zəifləmiş qiymətli sortların təsərrüfat- yararlı əlamətləri üzrə yaxşılaşdırılması", “Üzümçülük və tingçilik” şöbəsinin müdiri Cavid Ağakişiyev “Müasir tələblərə cavab verən istehsalçıların marağına uyğun milli brendlərin istehsalı üçün yerli və introduksiya olunmuş üzüm sortlarının bioloji metodlardan istifadə etməklə sürətli çoxaldılması və tingçiliyinin təşkili”, “Üzümün saxlanılması, qurudulması və təkrar emalı laboratoriyası”nın müdiri Aidə Nəcəfova “Ekoloji təmiz xammaldan istifadə etməklə qurudulmuş yerli və introduksiya olunmuş üzüm məhsullarının istehsal texnologiyasının və qurutmaq üçün texnoloji tələbatlara cavab verən üzüm sortlarının seçilməsi”, İnstitutun doktorantları Üzeyir Ağazadə "Fərqli maserasiya üsullarının qırmızı şərabların tərkibindəki fenol birləşmələrinə və antosianların miqdarına təsirinin tədqiqi" və Həlilə Məmmədova “Üzüm şirəsi və süfrə şərabı materialının şəffaflaşdırılması üsullarının təkmilləşdirilməsi” mövzularında olan təqdimatları ilə çıxış ediblər. İclasda metodik şuranın üzvləri, institutun şöbə müdirləri və elmi işçiləri iştirak edib. Nəticədə hesabat dinlənilib, müzakirələr aparılıb və bəzi tövsiyələr verilib

+10

22

Əhatə olunan şəxslər

215

Engagements

Paylaşımı reklam et

4646

1 şərh

8 paylaşım

Bəyən

Şərh bildir

Paylaş