KTN-nin Üzümçülük və Şərabçılıq ET İnstitutunun “Ampeloqrafik Kolleksiya bağı”nda mövsümlə əlaqədar olaraq qaydalara uyğun aqrotexniki qulluq işləri həyata keçirlir.
“Üzümün aqrokimyası laboratoriyası”nınəməkdaşları tərəfindən təcrübə sahəsində məhsul yığımından sonra tənəklərin dibi yumşaldılmış, suvarma aparılmış və tədqiqat metodikasına uyğun olaraq müvafiq variantlar üzrə gübrələmə aparılmışdır. Müşahidə edilən quraqlıq fonunda məhsul yığımından sonra, payızda bu tədbirlərin həyata keçirilməsi olduqca əhəmiyyətlidir. Mürəkkəb gübrələrin tərkibində gec mənimsənilən və gec həll olan birləşmələrin olduğunu nəzərə alaraq onların yağıntıların olduğu payız və qış mövsümlərində istifadəsi məqəsdəuyğundur.