Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun bir qrup əməkdaşı xarici təşkilat tərəfindən təşkil edilmiş 20 gülnluk təlimdə iştirak edib sertifiktla təltif olunublar. İkitərəfli təlim Çin Xalq Respublikası tərəfindən "Azərbaycan Respublikasında sipirtli içkilərin idarə edilməsi və təşviqi " mövzusunda sırf Azərbaycan Respublikası üçün COVİD-19 pandemiyasının təhlükəsizlik tələblərindən irəli gələn səbəblərə görə onlayn həyata keçirilib.Təlimdə hər iki respublikanın bu sahədə olan adət və ənənələrini, bu günlərdə görülən işləri və gələcəkdə nəzərdə tutulan proqramları əks etdirən təqdimatlar təqdim olunaraq müzakirələr aparılib.