Üzümçülük və Şərabçılıq ETİ-nin Gəncə Təcrübə Stansiyasının qocaman əməkdaşı, əziz və hörmətli, Aqrar elmər üzrə fəlsəfə doktoru, ömrünün böyük bir hissəsini üzümçülük sahəsinə həsr etmiş Əliyev Əsgər Teymur oğlunun 80 yaşı tamam olur. Əliyev Əsgər Teymur oğlu 01.12.1941-ci ildə Gürcüstan SSR-nin Marneuli
rayonunun Qırıxlı kəndində anadan olub. 1959-cu ildə Qaçağan kənd orta məktəbi bitirib. 1961-ci ildə KTİ-nun Meyvə, tərəvəzçilik və üzümçülük fakültəsinə daxil olub. 1966-cı ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. Təyinat ilə Qubaya ETİ-na göndərilib. 1966-1968-ci illərdə həmin institutun üzümçülük şöbəsində kiçik elmi işçi vəzifəsində çalışıb. 1968-1971-ci illərdə həmin institutun üzümçülük şöbəsində üzümçülük ixtisası üzrə aspirantura pilləsinin bitirib. 01.10.1971-ci ildə işləmək üçün ÜŞETİ-nin Gəncə TS-na
göndərilib.1982-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi almışdır. 1971-ci ildən ÜŞETİ-nun Gəncə ÜŞTS-da çalışır. Bu illər ərzində kiçik elmi
işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, şöbə müdiri vəzifəsində çalışmışdır. Hal-hazırda Gəncə ÜŞTS-da üzümün ilkin emalı laboratoriyasının müdiri vəzifəsində çalışır. Bir çox elmi mövzuların və məqalələrin elmi rəhbəridir. Rəhbərlik tərəfindən Əliyev Əsgər Teymur oğlu yubileyi münasibətilə təbrik edilib Fəxri fərmanla təltif olunub.
Tədbirdə eyni zamanda Üzümçülük və Şərabçılıq ETİ-nin "Üzümün aqrotexnikası" şöbəsinin böyük elmi işçisi Cəfərova Həcər Abbas qızı da 65 yaşı olması münasibətilə təbrik edilərək Fəxri fərmanla təltif olunub.
Hər ikisinə can sağlığı və gözəl günlər arzu edirik!