Сделка купли-продажи в международной торговле

Beynəlxalq ticarətin üsulları:

  • Birbaşa (istehsalçı və alıcı arasında vasitəçisiz razılaşma)
  • Dolayı (vasitəçi ilə)

Birbaşa – Bu halda nisbi maliyyə faydası, belə ki, vasitəçi xərcləri qənaət edilir və vasitəçinin mümkün qeyri-peşəkar addımları istisna edilir.

Dolayı:

  • Brokerlər – adi vasitəçilər – alıcı və satıcını bir araya gətirirlər və öz adlarından ticarət əməliyyatında iştirak etmirlər.
  • Komisyonerlər – satıcının adından çıxış edirlər, alıcıları tapıb onlara öz adlarından, lakin satıcı və ya alıcı hesabına (kommersiya risklərini daşıyan) razılaşma imzalayırlar. Üçüncü şəxslərin qarşısında komisyonerlər satıcı rolunu oynayır.
  • Коnsiqnatorlar – ixracatçı malı vasitəçinin (konsiqnatorun) deposuna (ambarına) bazarda satış üçün göndərir. Mal satıldıqca konsiqnator ixracatçıya pulları hissə-hissə ödəyir.
  • Distribütorlar – öz adından istifadə edirlər və öz hesablarına işləyirlər. Beynəlxalq ticarətin əsas həcmi distribütorlar vasitəsi ilə həyata keçirilir.

Beynəlxalq müqavilə

Beynəlxalq müqavilə – mal və xidmətlərin təchizatı üçün müxtəlif ölkələrdə yerləşən iki, yaxud daha çox tərəf arasında razılaşmadır. “Beynəlxalq alqı-satqı müqavilələri” Vyana konvensiyası dünya bazarında alqı-satqı müqavilələri üçün hüquqi əsasdır.

Adətən “Nümunəvi” müqavilələr tətbiq olunur. “Nümunəvi” müqavilə – konkret sazişlə əlaqəli bir sıra sadələşmiş şərtlər deməkdir.
Nümunəvi müqavilə – danışıqların və müqavilənin əsasını təşkil edir. Müqavilənin bəzi bəndləri sözsüz qəbul edilə bilər və ya dəyişilə bilər.

Müqavilələrdə əhəmiyyətli, adi və təsadüfi şərtlər fərqləndirilir.

Əhəmiyyətli şərtlər

  • Məsələn, alqı-satqı müqavilələrində “əhəmiyyətli” şərt – qiymətin göstərilməsidir.
  • Bəzi şərtlər qanuna görə yaxud ticarət ənənəsinə görə “əhəmiyyətli” sayılır.

Adi şərtlər

  • Əgər müqavilədə xüsusi qeyd yoxdursa, o halda hüquq normaları tətbiq olunur.
  • Məsələn, əgər müqavilədə avansın ödənilməsi barədə qeyd yoxdursa, alıcı malı alarkən hesablaşa bilər.

Təsədüfi şərtlər

  • Təsadüfi şərt – tərəflərin tələblərinə uyğun daxil edilən şərtdir.
  • Bu zaman həmin şərtlər qanuna zidd olmalı deyil.
  • Bu şərtlərin yerinə yetirilməsi mütləqdir.

Alqı-satqı müqaviləsinin strukturu:

  • Giriş (adı, tarix, müqavilənin nömrəsi, imzalanan yer və s.)
  • Məqsədi
  • Miqdar
  • Keyfiyyət
  • Malın göndərilməsi (şərtlər)
  • Ödəniş forması
  • Qablaşdırma
  • Zəmanətlər
  • Cərimələr
  • Siğortalanma
  • Fors-major
  • Arbitraj
  • Digər şərtlər

Nümunəvi müqavilə:

Giriş

Adı, nömrəsi, tarix, yer və imza edən tərəflər (şirkətin adı, hüquqi statusu, yerləşdiyi ünvan)

Diqqət!
Müqavilənin imzalanma yeri o cəhətdən əhəmiyyətlidir ki, müqavilədə hansısa məqam nəzərə alınmayıbsa, mübahisə zamanı həmin ölkənin qanunlarına uyğun olaraq həll ediləcəkdir.

Müqavilənin predmeti

Alqı-satqının predmeti olan malın dəqiq təsviri. Müqavilənin predmetindən asılı olaraq müxtəlif növ müqavilələr mövcuddur (alqı-satqı, sığortalama, yük daşıma və s.).

Miqdar

Ölçü vahidi göstərilir və malın miqdarının müəyyənləşdirilməsinin ardıcıllığı təyin olunur (dəqiq və ya təxmini miqdar). Təxmini miqdar o hallarda göstərilir ki, göndərilən malın miqdarı dəyişilə bilər (məsələn, şəkər tozu rütubətə dözümlü deyil və rütubətli şəraitdə çəkisi arta bilər. Bu hallarda mümkün dəyişikliklər faizlə göstərilir).

  • Müqavilədə əlavə malın əldə edilməsinin mümkünlüyü qeyd olunur. (Müqavilədə alıcı hansı formada sifariş etməlidir və hansı həcmdə satıcı əlavə mal göndərə bilər).

Keyfiyyət

Malın təyinatı üzrə istifadə edilməsinin yararlığının müəyyənləşdirilməsi üçün, xüsusiyyətləri dəqiqləşdirilir. Keyfiyyəti müəyyənləşdirirlər:

  • Standart üzrə (milli istehsalçılar birlikləri tərəfindən müəyyən edilmiş, iri şirkətlərin standartları və s.). Müqavilədə standartın tarix və nömrəsinə istinad edilir və standartın yaradıcısı-təşkilat göstərilir.
  • Texniki tələblərə görə (standartlar olmadıqda). Müqavilədə və ya əlavədə malın dəqiq xüsusiyyətləri göstərilir, materiallar təsvir olunur, onun yoxlanmasının qaydaları dəqiqləşdirilir.
  • Spesifikasiya üzrə – bütün texniki parametrlər detalları ilə göstərilir.
  • Nümunə üzrə (nümunələrin sayı və onların mal ilə müqayisənin qaydaları göstərilir. Adətən nümunənin biri alıcıda, digərləri isə satıcıda və neytral tərəfdə olur). Nümunə üzrə – malın axırıncı partiyası gələndən sonra nümunələrin saxlanma müddəti də göstərilir.
  • Malın keyfiyyətinin “Qabaqcadan baxma” üsulu ilə də təyin edilməsi də mövcuddur, amma bu prinsip əksər hallarda hərracda malın satışı zamanı istifadə olunur.

Diqqət!
Aydındır ki, vacib məqam – bu standartların AZPROMO-da mövcudluğu və işçilərin onlarla tanışlığıdır. (Məsələn, Rusiya Federasiyasının meyvə-tərəvəzin tərkibində olan nitratlara və onların sayına tələbləri, və ya şirələrdə istifadə olunan konservantlara tələb və ya limitlər və s.).
Hal-hazırda Avropa Birliyi Azərbaycandan idxal olunan kənd təsərrufatı mallarına gömrük rüsumlarını sıfıra endirib, o da bizim malların bazarda rəqabətə dözümlüyünü artırır. Lakin unutmayaq ki, Avropa bazarına daxil olma üçün digər maneələr də mövcuddur, ən önəmlisi də - keyfiyyət standartlarıdır.

Malın çatdırılma (MÇ) müddəti və tarixi

Malın çatdırılma müddəti, yəni onun satıcı tərəfindən alıcının ixtiyarına verilməsi məqamı göstərilir.

  • MÇ müddətinin təyin olunmasının müxtəlif növləri vardır:
  • Dərhal – 2 həftə ərzində istənilən gündə.
  • MÇ-nin konkret tarixinin müəyyən edilməsi.
  • Müəyyən müddətdə (ay, rüb). Adətən “ərzində” və ya “gec olmadan” ifadələri əlavə olunur.
  • Bəzi hallarda MÇ müddəti dəqiq göstərilmir. Bu zaman “hazır olduqda”, “naviqasiya açıldıqda” və ya “lazımi miqdar yığıldıqda” kimi şərtlər razılaşdırılır. Misal üçün alıcının satıcı tərəfdən xəbərdarlıq aldığı gündən 9 ay ərzində tədarük qrafikini qurmaq.
  • Malın müddətdən əvvəl çatdırılması şərtləri əlavə razılaşdırılır.
  • “Malın çatdırılma tarixi” çatdırılma növlərindən asıllıdır və alqı-satqı predmetinə olan sahiblik hüququnun keçməsini təsdiq edən sənədin tarixi ilə müəyyənləşdirilir.

Məsələn: Daşımalar ilə məşğul olan şirkətin verdiyi sənədin, anbar şəhadətnaməsinin, qəbul aktının imzalandığı tarixləri və s.

Qiymət və müqavilənin ümumi məbləği

  • Ölçü vahidi,
  • Qiymətin valyutası,
  • Qiymətin müəyyənləşdirilməsi prinsipi,
  • Güzəştlər və s.

Müqavilə qiyməti - bütün mal üçün pul vahidlərinin sayı, satıcı tərəfindən təməl şərtlər əsasında çatdırılma. Təməl qiymətlərə malın çatdırılması, sığortası, saxlanılması və s. daxil edilib-edilməməsi əsasında müəyyənləşdirilir.

Əsas element – qiymətin tənzimlənməsinin üsuludur (Sərt, sonradan tənzimlənmə, dəyişkən, sürüşkən):

  • Sərt – müqavilə müddətində dəyişə bilməz (adətən təchizatın qısa müddəti üçün)
  • Sonradan tənzimlənmə – müqavilədə yalnız tənzimlənmə vaxtı göstərilir (məsələn, qiymətlər malın çatdırılmasından əvvəl müəyyənləşir).
  • Dəyişkən – müqavilədə qeyd olunur ki, əgər əməliyyatın icrası ərəfəsində bazarda malın qiymətləri artar, yaxud azalarsa, müqavilədəki qiymətlər ona uyğun dəyişir. Adətən müqavilədə bazar qiymətlərindən kənarlaşdırma qeyd edilir (2-6%) və bu çərçivədə bazarda qiymət dəyişərsə, müqavilədə qiymətə yenidən baxılmır.
  • Sürüşən – qəliz avadanlıqların satışı zamanı tətbiq olunur və istehsal zamanı malın maya dəyərindəki dəyişikliklərlə tənzimlənir.

Ödəmə

Ödəmə valyutası, mübadilə kursu

Valyuta risklərini azaldan qeydlər edilir (xarici valyutanın milli valyutaya nisbətinin dəyişməsindən itki təhlükəsi)

Ödəmə üsulları (nəğd ödəmə, avans, tam ödəniş)

Nəğd hesablaşma – satıcı üçün ən əlverişli üsul.

Avansla ödəniş – satıcının istehsalının qismən kreditləşməsi və eyni zamanda onun maliyyə risklərini azaltmaq deməkdir.

Ödəmə növləri (bank köçürmələri, akkredetiv, inkasso)

Ödəniş forması – bir növ dilemmanın həlli yolunun axtarılması məqsədini daşıyır və son illər beynəlxalq ticarətdə qəbul olunmuş üsul– akkredetivdir.

Akkreditvlərin çox saylı növləri mövcuddur – qaytarılan və qaytarılmayan, təsdiqlənmiş və təsdiqlənməmiş, keçid, təminatlı və təminatsız olmayan, revolyer və s.

Qablaşdırma və markalama

Üst və alt qablaşdırılmasının tələbləri izah olunur. Qabların alıcının sahibliyinə keçib-keçməməsi, onun qiymətinin ümumi məbləğə daxil edilib-edilməməsi və s. göstərilir.

Qablaşdırmaya ümumi tələblər – satıcı yükün fiziki bütövlüyünü təmin etməlidir. Xüsusi tələblər alıcı tərəfindən müəyyənləşdirilir, məsələn xüsusi yerləşdirmə ilə bağlı.

Markalama özündə əks etdirir:

  • Müqavilənin nömrəsi, “yer”lərin çəkisi və ölçüləri barədə məlumatlar, “yer”in nömrəsi və ümumi sayı.
  • Mal ilə davranış qaydaları barədə daşınmalarla məşğul olan şirkətlərə göstərişlər.
  • Mal ilə ehtiyyatsız davranış nəticəsində yarana biləcək mümkün təhlükələr barədə xəbərdarlıq.

Reklamasiya (Narazılıq)

Reklamasiya təqdim edilməsinin qaydaları və müddətləri, həll edilməsi yolları göstərilir.

Zəmanətlər

Zəmanətlərin həcmi, onlarin müddətləri və zəmanətlərin qüvvədə olmadığı hal və şəraitlər.

Əksər müqavilələr keyfiyyət təminatı maddələrini daxil edirlər. Alıcı müəyyən təminat dövründə keyfiyyətlə bağlı öz iddialarını irəli sürə bilərlər. Keyfiyyətsiz malın təchizatına görə sanksiyalar müəyyənləşdirilə bilər.

Cərimə sanksiyaları və itirilmiş gəlirin (itkilərin) ödənilməsi

  • Maksimal cərimələr adətən vaxtında çatdırılmamış malın qiymətinin 8-10% təşkil edir.
  • Müqavilədə cərimə sanksiyalarının qeyd edilməsi, itirilmiş gəlirin və ya itkilərin ödənilməsi barədə iddiaların irəli sürülməsinə maneələr törətmir.
  • Adətən cərimələr təchizatın ləngiməsi ilə bağlı böyüyür. Ödənişin ləngiməsi ilə bağlı da cərimələr nəzərdə tutulur.

Diqqət!
Eyni zamanda müqavilənin şərtləri pozulanda tərəflər ya bəzi itkilərlə rastaşırlar, yaxud gözlənilən gəlirdən məhrum olurlar və bununla əlaqədar gələcəkdə məhkəməyə müraciət edirlər. Bu səbəbdən adətən ixracatçılar müqavilədə dolayı itkilərin ödənilməməsini göstərən maddəni daxil etməyə çalışırlar.

Sığortalama

Müqavilədə sığortanın predmeti, risklərin siyahısı və kimin xeyrinə malın sığortalandığı göstərilməlidir. Adətən bu bənd İnkoterms-də qeyd olunan malın çatdırılma şərtləri ilə uyğunlaşdırılır.

Diqqət!
Unutmayın ki, əgər alıcı tərəfindən xüsusi tələblər irəli sürülmürsə, satıcı malı minimal məbləğdə sığortalamağa çalışır. (“A” bəndi ilə). Bu isə yalnız təbii fəlakətləri nəzərdə tutur.

Diqqət!
Sığorta müqaviləsi imzalanarkən sığorta şirkətinin tələbləri ilə tanış olmaq lazımdır. Sığorta hadisəsi baş versə, hansı müddətdə, hansı xəbərdarlıqlar və kimlərə göndərilməli və hansı addımlar atılmalıdır. Eyni zamanda malı göndərərkən nəqliyyat şirkətinə bu məlumatlar mütləq çatdırılmalıdır.

Fors-major

Bu bənd müqavilənin icra olunması müddətinin uzadılması və ya tam dayandırılması (tərəflərin öz öhdəliklərindən azad edilməsi) hallarını nəzərdə tutur.

Diqqət!
Fors-major halları mütləq neytral təşkilat tərəfindən qeydə alınmalı və təsdiq edilməlidir.

Arbitraj

Tərəflər arasında yarana biləcək mümkün mübahisələrin həll edilməsi müddətləri və qaydaları göstərilir.

  • Bundan əlavə arbitraj xərcləri hansı tərəf və hansı məbləğdə ödəniləcəyi qeyd olunur.
  • Adətən Arbitraj məhkəməsinin qərarları digər instansiyalarda təkrar baxışa çıxarılmır.

Diqqət!
Tərəflər mübahisələrin hansı ölkənin arbitraj məhkəməsində baxılacağına aydınlıq gətirirlər. Arbitrların seçilməsi və təyin edilməsi qaydası təsvir edilir, qərarlarin hansı müddətdə müəyyələşdirilməsi qeyd edilir. Hansı tərəf və hansı qaydada arbitraj xərclərinin ödənilməsi də müəyyənləşdirilir. Adətən razılaşdırılır ki, arbitrajın nəticələri sonuncudur və məhkəmədə yenidən baxıla bilməz.