Экспортные и экспортные этапы товаров

Malın ixraca hazırlıq və ixrac mərhələləri

Malların avtomobil nəqliyyatı ilə ixracına dair mərhələləri aşağıdakı kimi təsnifləşdirmək olar:

İxraca hazırlıq

İxraca hazırlıq mərhələsində aşağıdakı işlər yerinə yetirilir.

  • Müqavilə əsasında məhsula sifarişin alınması və istehsalı;
  • İxrac üçün tələb olunan sənədlərin və sertifikatların əldə edilməsi;
  • İxracla bağlı digər hazırlıq işlərinin yerinə yetirilməsi.

Xarici ticarətin daha da liberallaşdırılmasına dair Prezidentin 609 saylı Fərmanına əsasən malların ixracı zamanı aşağıdakı sənədlər əldə olunmalı və gömrük orqanlarına təqdim olunmalıdır:

  • hüquqi şəxsin Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilmiş kodu;
  • xarici şəxslərlə bağlanmış müqavilə;
  • ixrac olunan malların mənşəyi haqqında sənədlər;
  • ixrac olunan malların haqqının qabaqcadan ödənilməsi və ya akkreditiv açılması barədə müvəkkil bankın sənədi;
  • bu Qaydalarda nəzərdə tutulan hallarda Nazirlər Kabinetinin sərəncamı və ya İqtisadi İnkişaf Nazirliyinin müsbət rəyi;
  • gömrük yük bəyannaməsi;
  • Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə ixrac edilən yeyinti məhsullarına keyfiyyət sertifikatı.

Yuxarıdakı sənədlərdən birinicisi ilk dəfə mal ixrac edən müəssisədən tələb olunur ki, bu sənəd Dövlət Statistika Komitəsi tərəfindən verilir. Nazirlər Kabinetinin sərəncamı və aidiyyəti nazirliklərin rəyi isə 609 saylı Fərmanda göstərilmiş qaydada həmin sənədin 1 və 2 saylı əlavəsindəki məhsullar üçün verilir (Əlavə 1 və Əlavə 2).

Qanunvericiliyə əsasən Azərbaycandan malların ixracı yalnız onların dəyərinin ixracatçıya qabaqcadan ödənilməsi və ödəmə ilə bağlı sənədin təqdim olunması, yaxud geri çağırılmayan akkreditiv açılması və ya birinci dərəcəli bankların zəmanəti olduqda icazə verilir. Buna görə gömrük orqanına 3 haldan (nağd ödəniş, akkreditiv və bankın zəmanəti) biri haqqında müvafiq sənəd təqdim edilməlidir. Akkreditivin açılması qaydaları digər bölmədə əks olunduğundan burada ona geniş yer vermirik. Birinci dərəcəli bankların zəmanətinə gəldikdə isə onu qeyd edək ki, bu beynəlxalq kredit reytinqi agentliklərinin məlumatına əsasən Milli Bank tərəfindən birinci dərəcəli təyin edilmiş bank tərəfindən verilir.

İxracla bağlı əldə olunan sertifikatlara gəldikdə isə bu haqda müvafiq bölmədə geniş məlumat veriləcək. Lakin, burada onu qeyd edək ki, yuxarıdakı siyahıda malların ixracı ilə bağlı mənşə və keyfiyyət sertifikatının əldə edilməsi göstərilsə də, bu sertifikatların əldə edilməsinə qədər digərlərinin də alınması tələb olunur. Odur ki, sertifikatların sayı ixrac edilən ölkədən və məhsulun növündən asılı olaraq dəyişir. Ümumilikdə ixracla bağlı aşağıdakı sertifikatların əldə edilməsi lazımdır.

Sertifikatın adı

Aid olduğu məhsul növü

Sertifikatı verən orqan

AB-nə ixrac zamanı

Digər ölkələr ixrac zamanı

Mənşə sertifikatı

Bütün məhsullar

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti

+

+

Keyfiyyət sertifikatı

AB-nə ixrac olan yeyinti məhsulları

İqtisadi İnkişaf nazirliyi ya-ninda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti

+

-

Baytarlıq şəhadətnaməsi

Diri heyvan, kəsilmiş ət və ət məhsulları

Dövlət Baytarlıq Xidməti

+

+

Gigiyenik sertifikat

Bütün məhsullar

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemioloji Mərkəzi

+

+

Fitosanitar sertifikat

Bitki və bitki məhsulları

Fitosanitar Nəzarət üzrə Dövlət Xidməti

+

+

Uyğunluq sertifikatı.

Bütün

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi

+

+

Yuxarıdakı cədvəldən göründüyü kimi, ixrac üçün mənşə və keyfiyyət sertifikatın əldə edilməsinə qədər digər sertifikatlar (məhsulun növündən asılı olaraq baytarlıq, fitosanitar, gigiyenik və uyğunluq) da müvafiq dövlət orqanlarından alınmalıdır. Sertifikatların alınması üçün tələb olunan sənədlər və sertifikatlaşdırma prosesləri haqqında "sertifikatlaşdırma və qablaşdırma" bölməsində geniş məlumat verildiyindən burada onların yenidən şərh etmirik.
Yuxarıda qeyd olunan sənədlərlə yanaşı malların avtomobil nəqliyyatı ilə ixracı zamanı aşağıdakı sənədlərin də gömrük orqanlarına təqdim olunması lazımdır:

TIR karnet - bu malların avtomobil nəqliyyatı ilə daşınması zamanı nəqliyyatın təhlükəsizliyini və hər hansı risklərə qarşı sığortalandığını sübut edən və Beynəlxalq Yük Daşımalarına (BYD) dair 1975-ci il Konvensiyasına əsasən hazırlanan sənəddir. Daha doğrusu bu sənəd Azərbaycan Respublikasında malların yol nəqliyyat vasitələrində, nəqliyyat vasitələri qatarında və konteynerlərdə aralıq yüklənməsi həyata keçirilmədən, Razılığa gələn tərəflərdən birinin göndərən gömrük orqanlarından bir və ya bir neçə sərhəd keçməklə digər Razılığa gələn tərəfin təyinat gömrük orqanına daşınmasına aiddir. Bu şərtlə ki, BYD daşımalarının başlanğıcı və sonu arasındakı müəyyən bir hissəsi avtomobil nəqliyyatı ilə həyata keçirilir. Qanunvericiliyə əsasən Azərbaycan Respublikasının gömrük ərazisində BYD əməliyyatı zamanı mallar aralıq gömrük orqanında (idxal zamanı giriş, tranzit zamanı giriş) gömrük ödənişlərinin ödənilməsindən və ya depozitə qoyulmasından azad edilir. Eləcədə, Azərbaycan Respublikasının gömrük ərazisində BYD əməliyyatı zamanı plomblanmış yol nəqliyyat vasitələrində, plomblanmış nəqliyyat vasitələri qatarında və ya plomblanmış konteynerlərdə daşınan mallar bir qayda olaraq aralıq gömrük orqanlarında gömrük yoxlamasından azad olunurlar. Müstəsna hallarda, pozuntuya şübhə olduğu təqdirdə gömrük orqanları tərəfindən yüklər üzərində gömrük yoxlaması keçirilə bilər.

Tir tirkarnet (BYD kitabçası) 4 səhifəli üz qabığından; qoparılmayan №-1/№ 2 vərəqdən və №-1/№-2 kötükdən (sarı rəngli); qoparılan №-1 vərəqlərdən və № 1 kötüklərdən (ağ rəngli); qoparılan №2 vərəqlərdən və №2 kötüklərdən (yaşıl rəngli) və yol nəqliyyat hadisəsinə dair protokoldan (sarı rəngli) ibarətdir. Qoparılan vərəqlərin və onların kötüklərinin (№1 və №2) birləşməsi (komplekti) bir qayda olaraq hər bir ölkədə №1 qoparılan vərəq və №1 kötük göndərən və giriş gömrük orqanlarında; №2 qoparılan vərəq və №2 kötük isə çıxış və təyinat gömrük orqanlarında istifadə olunmaq üçün nəzərdə tutulmuşdur. BYD kitabçaları 20-yə qədər vərəqdən (yəni 10 komplektdən) ibarətdir və müvafiq olaraq 10-a qədər dövlətin ərazisindən keçməklə daşınma üçün nəzərdə tutulmuşdur. Tir karnet yük daşıyıcısına 1975-ci il BYD Konvensiyasının iştirakçı dövlətlərinin zəmanət birlikləri tərəfindən verilir. Göründüyü kimi tirkarnet yalnız Konvensiyanın üzvü olan ölkələr üçün tələb olunur (Əlavə 3). Bu cür kitabçalar ingilis və rus dillərində çap olunan birinci qoparılmayan sarı vərəqi çıxmaq şərti ilə, fransız dilində çap olunur. Tir karnet hər nəqliyyat vasitəsi üçün ayrılıqda doldurulur. Tir karnetin doldurulması qaydaları, gömrük rəsmiləşdirilməsi və digər proseduraları haqqında Dövlət Gömrük Komitəsinin "BYD daşınmalarında (BYD Konvensiyası 1975) yüklərə gömrük nəzarəti və BYD kitabçasının rəsmiləşdirilməsi qaydaları"na dair 2005-ci il 45 saylı əmrdə geniş məlumat verilmişdir (Əlavə 4).

TİR karnet yalnız malların yol nəqliyyat vasitələrində, nəqliyyat vasitələri qatarında və konteynerlərdə daşındığı halda tələb olunur.

Beynəlxalq qayimə (CMR) - bu avtomabil nəqliyyatı yolu ilə malların beynəlxal daşınması detallarını əks etdirən və Avtomobil yolu ilə Malların daşınmasına dair 1956-cı il konvensiyasının (CMR Konvensiyası) tələbindən irəli gələn sənəddir. Bu sənəd ixracatçı və malı daşıyan tərəfindən 4 nüsxə olmaqla imzalanır, birinci nüsxəsi ixracatçıda, ikinci nüsxəsi daşıyanda qalır, 3-cü nüsxəsi isə malı müşaiyət edən sənədlərin içərisinə qoyulur. 4-cü nüsxəsi isə idxalçı tərəfindən imzalanıb möhürləndikdən sonra ixracatçıya qaytarılır. CMR tir karnetdən fərqli olaraq Azərbaycan və digər dillərdə ola bilər. CMR hər nəqliyyat vasitəsi üçün verilir. CMR-in forması bu təlimata əlavə olunub (Əlavə 5).

  • Malın alqı –satqı dəyərini təsdiq edən hesab faktura. Bu faktura satıcı tərəfindən malın alqı-satqı müqaviləsində göstərilmiş məbləği, malın miqdarı, çəkisi və s. haqqında məlumat əks etdirən sənəddir.
  • Gömrük yük bəyənnaməsinin doldurulması. Bu haqda irəlidə şərh verəcəyik.

Yuxarıda qeyd olunan sənədlərin əldə edilməsi ilə yanaşı ixraca hazırlıq mərhələsində ixracatçı malların aparılmasını birbaşa özü tərəfindən və ya gömrük brokeri vasitəsilə ixrac edəcəyini dəqiqləşdirməlidir. Yeri gəlmişkən gömrük brokeri haqqında da qısa məlumat verək.

Gömrük brokerinin fəaliyyəti, onun təmsil etdiyi şəxsin tapşırığı ilə və onun hesabına öz adından malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi əməliyyatlarının həyata keçirilməsindən və gömrük işi sahəsində digər vasitəçilik funksiyalarının yerinə yetirilməsindən ibarətdir. Gömrük brokerləri aşağıdakı fəaliyyətlərlə məşğul olurlar:

  • mal və nəqliyyat vasitələrinin bəyan edilməsi;
  • Azərbaycan Respublikasının gömrük orqanlarına sənədlərin və gömrük rəsmiləşdirilməsi üçün zəruri olan əlavə məlumatların təqdim edilməsi;
  • bəyan edilən malların və nəqliyyat vasitələrinin təqdim edilməsi;
  • gömrük ödənişlərinin və bəyan edilən mallar və nəqliyyat vasitələrinə aid digər ödənişlərin ödənilməsinin təmin edilməsi;
  • Malın gömrük sərhəddindən keçirilməsi, daşınması və çatıdırlması;
  • bəyan edilən mallar və nəqliyyat vasitələri barəsində səlahiyyətlərə malik olan şəxs qismində gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti üçün zəruri olan digər işlərin yerinə yetirilməsi.

Göründüyü kimi gömrük brokeri ixracatçı adından malların gömrük rəsmiləşdirilməsin apara, gömrük ödənişlərin edə, malları gömrük məntəqələrindən keçirə və daşıya bilər. Gömrük brokerlərinin fəaliyyəti ilə bağlı müddəalar Gömrük Məcəlləsinin 155-161-ci maddələrində, eləcədə Nazirlər Kabinetinin 1998-ci il 101 saylı "Gömrük brokeri haqqında Əsasnamə" adlı Qərarında öz əksini tapmışdır.

Gömrük yük bəyənnaməsi və onun doldurulması qaydaları

Malın gömrük rəsmiləşdirilməsi məqsədilə istifadə olunan və 4 əsas vərəqdən, bir neçə adda məhsulun bəyan edilməsi halında isə əlavələrdən ibarət olan rəsmi sənəddir1. Deklarasiyanın 4 əsas vərəqi aşağıdakı kimi bölüşdürülür:

  • birinci vərəq-gömrük orqanında və xüsusi arxivdə saxlanılır;
  • ikinci vərəq (statistik) - gömrük statistikası şöbəsində (bölməsində) qalır;
  • üçüncü vərəq - bəyannaməçiyə qaytarılır;
  • dördüncü vərəq- bəyənnaməçiyə qaytarılır və ixrac zamanı mal müşaiyət sənədlərinə əlavə olunur.

Yük gömrük bəyənnaməsinin (YGB) əsas vərəqəsi eyni bir gömrük rejimi tətbiq olunan eyni adlı mallar (XİF MN üzrə mal mövqeyi 9-cu işarə səviyyəsinə qədər eyni təsnifat olunanlar) haqqında məlumatları göstərmək üçün istifadə olunur. Bir neçə adda olan malların bəyan olunması zamanı əsas YGB-nin ayrılmaz hissəsi olan əlavə vərəqlərdən istifadə olunur. Əlavə vərəqlərin hər biri üç adda malı bəyan etməyə imkan verir. Bir YGB-də 100-ə qədər adda olan mallar barəsində (eyni zamanda əsas vərəqə, 33-dən artıq əlavə vərəq əlavə oluna bilməz) məlumat bəyan oluna bilər. Əlavə vərəqlərin doldurma qaydaları, əlavə vərəqdə bəyannaməçi tərəfindən doldurulmayan A qrafası istisna olunmaqla, YGB-nin əsas vərəqələrinin uyğun qrafalarının doldurulması qaydaları kimidir.
Yük gömrük bəyənnaməsi 54 rəqəm qrafasından, 4 hərif qrafasından (A,B,S,D) ibarətdir. Rəqəm qrafalarından 7-ci qrafa, hərif qrafalarından S, D qrafalar gömrük orqanları tərəfindən, qalan qrafalar isə bəyənnaməçi tərəfindən doldurulur. 7 saylı qrafaya gömrük orqanları tərəfindən "sorğu nömrəsi" qeyd edilir. Sorğu nömrəsi 99999/9/99/9999 kimi 4 elementdən ibarət olur.Bu elementlər aşağıdakılar göstərir:

  • 1-saylı element, gömrük orqanları və onların struktur bölmələrinin milli Təsnifatına uyğun olaraq, gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanının kodunu;
  • 2-saylı element, YGB-nin gömrük rəsmiləşdirilməsinə qəbul olunduğu ilin son rəqəmini;
  • 3-saylı element, cari ayın sıra nömrəsini;
  • 4-saylı element isə müvafiq gömrük orqanı tərəfindən rəsmiləşdirilmiş YGB-nin sıra nömrəsini bildirirlər.

Qrafa D - Qrafaya gömrük orqanının ştamp və möhürü vurulur. Lazım olan hallarda isə gömrük nəzarəti nəticələrini əks etdirən başqa qeydlər olunur. YGB-nin arxa tərəfində əlavə məlumatlar yazılarkən məsuliyyətli şəxs tərəfindən ştamp və ya möhür vurulması zəruridir.
Qrafa S - YGB-nin bu qrafası gömrük orqanı tərəfindən texnoloji qeydlər üçün istifadə oluna bilər.
Gömrük yük bəyənnaməsinin doldurulması qaydaları Dövlət Gömrük Komitəsinin 1998-ci il 27 saylı Əmrində öz əksini tapmışdır. Bu bölmədə ixracatçılar üçün gömrük yük bəyənnaməsinin doldurulması qaydalarını sadələşdirmək və daha asan başa düşülən etmək üçün aşağıdakı formada cədvəl tərtib edilmişdir. Bu cədvəl əsasında istənilən ixracatçı gömrük yük bəyənnaməsini sərbəst şəkildə doldura bilər.
Aşağıdakı cədvəldə hansı qrafanın qabağında boş yer qalıb bu həmin sütunun qrafaya aid olmaması səbəbindəndir. Çünki əkrsər qrafanın yalnız bir sütunu mövcuddur. Cədvəlin sonuncu 3 sütunu Gömrük yük bəyənnaməsinin 2, 8, 9, 11-ci qrafaları üçün nəzərdə tutulmuşdur.

Gömrük yük bəyənnaməsinin doldurulması qaydası (ixrac rejimi üçün)

GYB-nin Qrafaları

Qrafanın birinci yarım bölməsi

Qrafanın ikinci yarım bölməsi

Qrafanın 3-cü yarım
bölməsi

Qrafanın yuxarı sağ küncü

Qrafanın
aşağı sol hissəsi

Qrafanın aşağı sol hissəsi

1. Bəyənnamənin tipi

"İX" sözü yazılır

Gömrük rejiminin 2 rəqəmli kodu (Əlavə 6)

Özü istehsal etdiyi məhsulu ixrac edəndə -1, digər halda 0

2. Göndərən/ixracatçı

Hüquqi və fiziki şəsin adı və ünvanı

Hüquqi şəxsin VÖEN-i

Qeydiyyat nömrəsi

Qeydiyyat tarixi

3.Əlavə vərəqlər

Əlavə vərəq olduqda vərəqin sıra nömrəsi

Əlavə vərəqlər daxil olmaqla vərəqlərin ümumi sayı

4.Yükləmə spesifikasiyası

Əlavə vərəq olduqda onların ümumi sayı

5.Mal adlarının ümumi sayı2

Əsas vərəqdə və əlavə vərəqin 31-ci qrafasında göstərilən mal növlərinin ümumi sayı

6.Yerlərin sayı

Mallar partiyasında yerlərin ümumi sayı3

7.Sorğu nömrəsi

Gömrük əməkdaşları tərəfindən verilən nömrə

8.Malı alan /idxalçı

Malı alan müəssisənin adı, ünvanı, ya da fiziki şəxsin soyadı, adı, atasının adı və ünvanı

9.Maliyyə tənzimlənməsinə məsul şəxs4

Məsul hüquqi şəxsin adı və ünvanı, ya da fiziki şəxsin S.A.A, ünvanı

VÖEN

VÖEN

10.Birinci təyinat ölkəsi

Malın aparıldığı birinci təyin ölkəsi

11.Ticarət edən ölkə

Dünya ölkələrinin Təsnifatına (Əlavə 7) uyğun olaraq ticarət edən (mal idxal olunan) ölkənin rəqəmlə istifadə olunan kodu

12.Ümumi gömrük dəyəri

Əsas vərəqin v əlavə vərəqin (olduqda) 45-ci qrafasında göstərilən gömrük dəyərlərinin cəmi

13.

Hər hansı bir qeyd yazılmır

14.Deklarant

Bəyannaməçinin adı və ünvanı (poçt indeksi göstərilməklə)

VÖEN

Qeydiyyat nömrəsi5

Qeydiyyat tarixi

15.Göndərən ölkə

Göndərən ölkənin hərflərlə adı6

15 a. Göndərən ölkənin kodu

Dünya ölkələrinin Təsnifatına uyğun göndərən ölkənin rəqəmlə kodu (Əlavə 7)

16.Mənşə ölkəsi

Mənşə ölkəsi adı7

17.Təyinat ölkəsi (idxalçı ölkə)

Təyinat ölkəsinin adı və qısaldılmış adı

17a. Təyinat ölkəsinin

Dünya ölkələrinin Təsnifatına uyğun təyinat ölkəsinin kodu (Əlavə 7).

18. Göndərən zaman nəqliyyat vasitəsi8

Nəqliyyat vasitələrinin sayı, bundan sonra 1 hərf məsafə buraxmaqla gömrük sərhədi buraxılış məntəqəsinə aparılmaq üçün malın yükləndiyi nəqliyyat vasitəsi haqqında məlumat9

Dünya ölkələrinin Təsnifatına (Əlavə 7) uyğun nəqliyyat vasitəsinin mənsub olduğu ölkənin rəqəmli kodu

19.Konteyner

Mallar konteynerdə keçirildikdə - "1" rəqəmi,
konteynerində keçirilmədikdə - "0" rəqəmi

20. Göndərmə şərtləri

Göndərmə şərtlərinin Təsnifatına uyğun olaraq (Əlavə 8) göndərmə şərtlərini iki rəqəmli kodu

Coğrafi məntəqə göstərilməklə göndərmə şərtinin hərflə ifadə olunmuş qısa hərfi adı

"001" - vəsaitinnəğd köçürülməsi yolu ilə
"002" - akkreditiv açılması yolu ilə;
"003" - malın dəyəri ödənilmədikdə.

21. Sərhəddə nəqliyyat vasitəsi10

Nəqliyyat vasitələrinin sayı, bundan sonra 1 hərf məsafə buraxmaqla gömrük sərhədi buraxılış məntəqəsinə aparılmaq üçün malın yükləndiyi nəqliyyat vasitəsi haqqında məlumat

Dünya ölkələrinin Təsnifatına (Əlavə 7) uyğun nəqliyyat vasitəsinin mənsub olduğu ölkənin rəqəmli kodu

22.Valyuta və malların ümumi faktura dəyəri11

Malların faktura dəyərini ifadə edən valyutanın valyutaların Təsnifatına (Əlavə 9) uyğun olaraq rəqəmli kodu

Əsas və əlavə vərəqlərin (olduqda) 42-ci qrafasında göstərilən məbləğin cəmi

23.Valyuta məzənnəsi

Müvafiq tarixə Mərkəzi bank tərəfindən müəyyən olunan valyuta məzənnəsi12(xarici valyutanın manta münasibətdə məzənnəsi)

24.Sövdələşmənin xüsusiyyəti

Göndərişlərin xüsusi şərtini xarakterzə işarə:
"1" - xarici kreditlər
"2" - dövlət krediti
"3" - kommersiya kreditləri;
"4" - birgə müəssisələrin, beynəlalq birlik və təşkilatların fondunun vəsaiti;
"7" – yeni texnika və texnologiya nümayəndələrinin göndərişləri.

Sövdələşmənin xarakteri Təsnifatına uğun olaraq (Əlavə 10) sövdələşmə xarakterinin iki rəqəmli kodu

25.Sərhəddə nəqliyyatın kodu

Nəqliyyat vasitələrinin Təsnifatına uyğun (Əlavə 11) sərhəddə nəqliyyat vasitəsi növünün kodu

26. Ölkə daxilində nəqliyyat vasitəsinin kodu

Nəqliyyat vasitələrinin Təsnifatına uyğun (Əlavə 11) ölkə daxilində nəqliyyat vasitəsi növünün kodu

27. Malların yükləmə/boşaltma yeri

Malların nəqliyyat vasitəsinə yükləndiyi şəhərin (rayonun) adı

28 Maliyyə və bank məlumatı

Hər biri yeni sətirdən başlanılmaqla və onlardan hər birinin qarşısına növbəti sıra nömrəsi qoyulmaqla müvafiq valyuta və bank məlumatları13

29. Sərhəd gömrük orqanı

Fəaliyyət bölgəsi gömrük sərhədi buraxılış məntəqəsində yerləşən (malın keçiriləcəyi) gömrük orqanı (gömrükxana) göstərilir

Gömrük orqanın Milli Təsnifata uyğun kodu (Əlavə 12)

30.Malların baxış yeri14

Müvəqqəti saxlanc anbarını təsis etmiş gömrük orqanının kodu

31.Yük yerləri və malların təsviri

"Markalama və miqdar - konteynerlərin nömrəsi, malların təsviri"
Malların ticarətdə istifadə olunan adları və onların modelləri, tipləri, ölçüləri və s. daxil olmaqla onların texniki xarakteristikaları

Konteynerlərdə aparılan mallar üçün konteynerlərin sayı və bir hərfburaxmaqla nömrəsi

Yük yerlərinin sayı

XİF MN üzrə ölçü vahidinin qısadılmış adı (kq və s.) yazılmaqla malın miqdarı (çəki),

32 Malın nömrəsi

31-ci qrafada bəyan olunan malın sıra nömrəsi (1, 2 və s.)

33.Malın kodu

Malların XİF ƏN üzrə 9 rəqəmli kodları

Ehtiyat qrafik

34. Mənşə ölkəsinin kodu

Eyni adlı malların mənşə ölkəsinin rəqəmli kodu15 (Əlavə 7)

35. Brutto çəki

Malların qablaşdırma vasitəsilə birlikdə ümumi çəkisi kiloqramla

35. İmtiyazlar

Gömrük tədiyələrinin ödənişi üzrə xüsusiyyətlər, ya da güzəştlərə əsas verən milli Təsnifata ( Əlavə 13) uyğun kodu

37.Üsul

Bəyan olunmuş gömrük rejiminə uyğun malların keçirilmə prosedurlarının 6 rəqəmli kodu16

38. Netto çəki

Malların qablaşdırması nəzərə alınmadan çəkisi

39.Kvota17

Alınmış lisenziyaya əsasən ayrılmış kvotanın qalığı ölçü vahidi ilə

40. Ümumi bəyannamə/əvvəlki sənəd18

Əvvəlki bəyannamənin nömrəsi göstərilir.

41. Əlavə ölçü vahidinin kodu

XİF ƏN üzrə 31-ci qrafada əlavə ölçü vahidi ilə bəyan olunmuş malların ölçü vahidinin kodu

42. Malın faktura dəyəri

22-ci qrafada göstərilmiş valyuta ilə 31-ci qrafada bəyan olunmuş malların faktura dəyəri

43.

Bu qrafanın məqsədi aydın deyil

44. Əlavə məlumat

Hər rekvizit yeni sətirdən başlanmaqla, qarşısına sıra nömrəsi qoyulmaqla müvafiq19məlumatlar yazılır

45.Gömrük dəyəri

31-ci qrafada bəyan olunan malların milli valyuta ilə gömrük dəyəri

46. Statistik dəyər

Bəyan olunan malların ABŞ dolları ilə statistik dəyəri (faktura dəyərinin ABŞ dolları ilə ifadəsi)

47. Gömrük rüsumları və yığımlarının hesablanması

Qrafada cədvəlin sütunlarının hamısı müvafiq qaydada20doldurulur

B. Hesablanmanın təfsilatı

Hər bir gömrük ödənişi aşağıdakı məlumatlar:
1-ci –gömrük ödənişinin kodu, 2- ci- gömrük ödənişinin məbləği, 3-cü gömrük ödənişinin valyutasının kodu (məs.12-100-932)

48.Ödənişlərə möhlət

Ödənişlərinin ödənilməsinin uzadılması və ödənilməyə verilmiş möhlətin son müddəti altı rəqəmlə (gün, ay, il-məs. 12.07.09)

49. Anbarın adı

Mal anbarda saxlanavağı təqdirdə anbarın adı

50. Vəkalət verən

YGB və onun əlavə vərəqlərində göstərilən məlumatları təsdiq edirəm" ifadəsi yazılaraq bəyannaməçinin (yük göndərənin) imzası və möhrü ilə təsdiqi

51.Gömrük orqanı və tranzit ölkələri

Tranzit rejimində aparıldıqda tranzit ölkələri və gömrük orqanları yazılır.

52. Zəmanət üçün

Etibarlı deyil yazılır.

53. Gömrük orqanı və təyinat ölkəsi

Tranzit rejimində malın çatacağı son ölkə yazılır.

54. Yer və tarix

YGB-nin doldurulduğu yer və tarix, 14-cü qrafada göstərilən təşkilat tərəfindən malların bəyan olunmasına vəkalət-səlahiyyəti olan şəxsin adı və soyadı, tutduğu vəzifə, onun şəxsi imzası, müəssisənin-bəyannaməçinin əlaqə vasitələri göstərilir.

Malın gömrük rəsmiləşdirilməsi və ixracı

Əvvəldə qeyd edilən sənədlər (keyfiyyət sertifikatı, mənşə sertifikatı, müqavilə, ödəniş haqqında sənəd, ixrac olunacaq məhsulun hesab fakturası, yük gömrük deklarasiyası, tirkarnet və beynəlxalq invoys) əldə edildikdən və gömrük yük deklarasiyası doldurulduqdan sonra ixracatçı müvafiq gömrük idarəsinə ixraca icazə verilməsi ilə bağlı müraciət edir. Müraciətə müsbət cavab verildikdə ixracatçı gömrük rəsmiləşdirilməsi üçün müvafiq orqana (burada Bakı Baş Gömrük İdarəsi götürülür) gedir. Bundan sonra aşağıdakı əməliyyatlara həyata keçirilir.

Sənədlər "vahid pəncərə" prinsipi ilə gömrük orqanın statistika şöbəsinə verilir. Statistika şöbəsi sənədlərə baxıb uyğun olduqda 7 saylı qrafaya "sorğu nömrəsin" yazır. Sonra statistika şöbəsi sənədləri Maliyyə Şöbəsinə göndərir. Burada Maliyyə şöbəsi sənədlər əsasında rəsmiləşdirməyə görə yığım və ƏDV-nin ödənilməsi üçün qaimə verir. İxracatçı qaimə əsasında kassaya ödəmə edərək (nağd ödəmə olduqda), nəticəni yenə Maliyyə şöbəsinə təqdim edir. Sonra Maliyyə şöbəsi sənədləri Əmlak və ya Yük şöbəsinin rəis müavininə təqdim edir və o, D Qrafasına möhür vurur. Daha sonra sənədlər gəlir ilkin qəbul edən inspektora və o da son olaraq D qrafasına ştamp vurur. Bununla gömrük rəsmiləşdirilməsi tamamlanmış olur və gömrük nəzarəti başlayır.

Gömrük nəzarəti inspektoru deklarantla birlikdə malın yüklənmə yerinə gəlir. İnspektorun nəzarəti altında deklarasiyada göstərilmiş yer və çəki miqdarında məhsulları standartlara cavab verən yük maşının yüklənir. Sonra maşın qapıları örtülərək blomlanır. Yenidən inspektor və ixracatçı gömrük orqanına gələrək ştrix kod hazırlayırlar. Ştrix kod 2 hissədən ibarət olur: biri dartıcı üçün, ikincisi qoşqu üçün. Ştrix kodun hazırlanması üçün ixracatçı aşağıdakı sənədləri təqdim edir:

  • Sürücünün sürücülük vəsiqəsi;
  • Dartıcı və qoşqunun texniki pasportu;
  • Maşın öz adına olmadıqda sürücüyə etibarnamə.

Bu sənədlər əsasında sürücüyə ştrixt kod verilir və müşaiyət sənədlərinə əlavə edilir. Artıq sürücü bu sənədlər əsasında malı gömrük sərhədindən keçirə bilər. Ümumiyyəltə sürücü özü ilə aşağıdakı sənədləri götürür:

  • Deklarasiyanın 4-cü səhifəsindən iki nüsxə
  • Tir karnet və beynəlxalq invoysun (CMR) səhifələri
  • Malın invoysu- 2 nüsxə
  • Mənşə sertifikatı və 2 nüsxəsi
  • Keyfiyyət sertifikatı – 2 nüsxəsi
  • İSO sertifikatının nüsxəsi (olduqda)

Sürücü yüklənmiş və blomlanmış nəqliyyat vasitəsilə gömrük sərhəddinə gəlir və sənədləri təqdim edir. Burada deklarasiyanın 4-cü səhifəsinin əslin, beynəlxalq invoysun axırıncı səhifəsin, BYD kitabçasının 2-ci qoparıla bilən vərəqin, invoysun, mənşə və keyfiyyət sertifikatlarının nüsxələrin gömrük əməkdaşları götürür. Sonra yük maşını gömrük nəzarətindən keçirilir, hər hansı nöqsan aşkarlanmadıqda maşının sərhəddən keçməsinə icazə veririlir. Bununla da ixrac prosesi tamamlanmış olur.

Gömrük nəzarəti

Malların gömrük sərhəddindən keçirilməsi zamanı onların tələb olunan sənədlərə məxsus olması, sənədlərdə göstərilən formada malların yerləşdirildiyini və tələblərə uyğun olduğunu müəyyənləşdirmək məqsədilə mallar gömrük rəsmiləşdirilməsindən sonra gömrük nəzarətindən keçirilir. Qanunvericiliyə əsasən gömrük nəzarəti aşağıdakı formalarda həyata keçirilir:

  • gömrük məqsədləri üçün lazım olan sənədlərin və məlumatların yoxlanılması;
  • gömrük yoxlaması (malların və nəqliyyat vasitələrinin yoxlanması və baxışı, gömrük nəzarətinin müstəsna forması kimi şəxsi yoxlama);
  • malların və nəqliyyat vasitələrinin uçotu;
  • fiziki və vəzifəli şəxslərin şifahi sorğusu;
  • uçot və hesabat sisteminin yoxlanılması;
  • müvəqqəti saxlanc anbarlarının, gömrük anbarlarının, sərbəst anbarların, sərbəst gömrük zonalarının, rüsumsuz ticarət mağazalarının və gömrük nəzarətindən keçirilməli olan malların və nəqliyyat vasitələrinin ola biləcəyi digər yerlərin ərazi və binalarına, həmçinin icrasına nəzarət gömrük orqanına həvalə edilmiş fəaliyyətlərin həyata keçirildiyi digər yerlərə baxış keçirilməsi;

Göründüyü kimi gömrük nəzarətinin zamanı əsas fəaliyyətlərə malların yük bəyyənamsəində göstərildiyi kimi yüklənməsi, yüklənmiş mallara baxışın keçirilməsi, nəqliyyat vasitələrinin xüsusi nəzarət aparatlarından keçirilməsi, onlardan hər hansı şübhələr ortaya çıxdıqda malların boşaldılması, aktlaşdırılması, malın gömrük məntəqələrindən keçirilməsi və s. daxildir.

Dövlət Gömrük Komitəsinin strukturunda əsas idarələrdən biri Gömrük Nəzarəti Baş İdarəsidir ki, malların vahid pəncərə prinsipi ilə gömrük məntəqələrindən keçirilməsinə və gömrük yoxlamasına, eləcədə gömrük brokeri lisenziyasının verilməsinə və digər səlahiyyətlərə malikdir.

Gömrük yük bəyənnaməsi rəsmi sənəd olduğundan onu yalnız Dövlət Gömrük Komitəsindən ödəniş əsasında əldə etmək olar. Bəzən ixracatçılar bu sənədi əldə etmək əvəzinə bu sənədi brokerlərə bəyənnamənin doldurulması xidməti üçün ödəniş edirlər ki, bu ödəniş blankın əldə edilməsindən daha baha başa gəlir.

Mal adlarının sayı dedikdə malların sayı yox, onların növlərinin (əmtəə nomenklaturasındakı kodu 9 rəqəm səviyyəsində fərqli olan mallar mal növü kimi götürülür) sayı nəzərdə tutulur.

Tökülüb doldurula bilən, səpələnib tökülmə və axıcılıq qabiliyyətli yüklər, habelə boru kəməri nəqliyyatı, elektrik xətləri vasitəsilə və qalaq halında gömrük sərhədindən mallar keçirildikdə, bu qrafada "0" rəqəmi yazılır.

Ödənişli əsasda xarici-ticarət əməliyyatları üzrə müqavilələr (alqı-satqı, konsiqnasiya müqavilaləri, lizinq sazişləri və s.) bağlayan və onlar üzrəhesabatlara məsul olan vətəndaşlardır. Müqaviləni ixracatçı özü bağlayır və maliyyə əməliyyatlarını özü həyata keçirirsə onda "Bax 2" yazılır. Qrafa, ödənişsiz əsasda həyata keçirilən sövdələşmələr üzrə malların keçirilməsi hallarında doldurulur.

Hər hansı müəssisə müqavilə əsasında bəyannaməçilik (broker, vasitəçi) fəaliyyəti göstərdiyi hallarda isə dövlət gömrük nəzarəti orqanları tərəfindən, həmin təşkilatın bəyannaməçi kimi tanınmasına səlahiyyət verən lisenziyanın nömrəsi və verildiyi tarix göstərilir.

Bəzən qrafada dünya ölkələrinin Təsnifatına (Əlavə 7) uyğun göndərən ölkənin qısa adı göstərilir.

Eyni adlı mallar (XİF MN üzrə 9-cu rəqəm səviyyəsində eyni cür təsnifləşdirilən və bu mallara münasibətə eyni bir gömrük rejimi tətbiq edilən) müxtəlif ölkələrdə istehsal olunduqda qrafada "müxtəlif" sözü yazılır.

Göndərmə zamanı nəqliyyat vasitəsi dedikdə malın Azərbaycanda yüklənərək ixrac üçün gömrük sərhəddindən keçirilməsi zamanı istifadə olunan nəqliyyat vasitəsi nəzərdə tutulur.

Məlumat kimi nəqliyyat növünə uyğun olaraq dəniz, ya da çay gəmisinin adı, hava gəmisinin reys və bort nömrəsi, dəmiryol vaqonunu nömrəsi, yol nəqliyyatı vasitələrini qeydiyyat nömrəsi və digər məlumatlar göstərilir.

Bu Qrafa malların ölkəyə gətirildiyi və bir nəqliyyat vasitəsindən boşaldılaraq digərinə yükləndiyi hal (tranzit rejimi zamanı) üçün nəzərdə tululub. Burada sərhəddə nəqliyyat vasitəsi kimi mal ölkəyə gətirilərkən daşındığı nəqliyyat vasitəsi nəzərdə tutulur. Əgər mal ölkədə gətirilmədən Azərbaycanda yüklənib ixrac olunursa onda bu qrafaya "Bax Qrafa 18" yazılır.

Faktura dəyəri dedikdə alqı-satqı müqaviləsində göstərilən faktiki ödənilən və ya ödənilməli məbləğ nəzərdə tutulur.

Faktura dəyəri milli valyuta ilə bəyan olunan hallarda - "1" rəqəmi yazılır.

Müvafiq məlumatlara aşağıdakılar daxildir:

  1. valyuta nəzarəti sənədinin nömrəsi, ya da bankın identifikasiya nömrəsi;
  2. bankın qısaldılmış adı;
  3. 9-cu qrafada göstərilən hüquqi və ya fiziki şəxsin milli valyuta hesabının nömrəsi;
  4. 9-cu qrafada göstərilən hüquqi və ya fiziki şəxsin valyuta hesabının nömrəsi;
  5. vergi ödəyicisinin Vergilər Nazirliyi tərəfindən verilmiş uçot nömrəsi.

Qrafa malların gömrük rəsmiləşdirilməsi dövründə onların müvəqqəti saxlanc anbarında yerləşdirilməsi zamanı doldurulur.

Əgər bu mallar eyni adlıdırsa (XİF MN üzrə 9-cu rəqəm səviyyəsində eyni cür təsnifləşdirilən və bu mallara münasibətdə eyni bir gömrük rejimi müəyyən olunmuşdursa), lakin mənşəcə müxtəlif ölkənindirsə, belə halda qrafada "000" göstərilir.
Bir neçə adda mallar bəyan olunarkən, dünya ölkələrinin Təsnifatına uyğun olaraq əlavə vərəqlərdə malların hər birinin mənşə ölkəsinin kodu göstərilir.

Birinci iki rəqəm malların gömrük sərhədindən keçirilmə prosedurları Təsnifatına uyğun Gömrük rejimin kodunu (Əlavə 6) göstərir. İkinci iki rəqəm isə əgər əvvəlki gömrük rejimi məlumdursa (tranzit rejimi olduqda), həmin rejimin kodunu göstərir. Əvvəlki gömrük rejimi naməlum olduqda, ya da olmadığı hallarda "00" göstərilir. Sonuncu iki rəqəmi isə bəyan olunan gömrük rejiminə müvafiq Əlavə 6-nın 2-ci bəndinə uyğun malların keçirilmə xüsusiyyətini göstərir. Əgər ikinci bənddə nəzərdə tutulmuş xüsusiyyətlər yoxdursa, bu halda "00" göstərilir.

Miqdarına məhdudiyyət müəyyən olunmuş mallar üçün doldurulur.

Bəyan olunan gömrük rejimindən əvvəl digər gömrük rejiminin olduğu (mal mübadiləsi əməliyyatlarında-qarşılıqlı mal göndərişləri) hallarda, və ya müvəqqəti, natamam (orderli göndəriş) dövrü, ümumi bəyannamələrin təqdim olunması zamanı doldurulur. Belə hal olmadıqda qrafa boş buraxılır.

Müvafiq məlumatlar aşağıdakılardır:

  1. lisenziyanın nömrəsi və verildiyi tarix, habelə onun fəaliyyət müddəti:
  2. nəqliyyat sənədinin nömrəsi;
  3. daşıma cədvəlinin nömrəsi və tarixi;
  4. müqavilənin (kontraktın, sazişin və s.) nömrəsi və tarixi;
  5. əsas kontrakt, müqavilə, saziş və s. olan əlavələrin nömrəsi və verildiyi tarix;
  6. digər dövlət orqanlarının (onların adı göstərilməklə), b orqanların mallara nəzarəti lazım olan hallarda mallara nəzarəti lazım olan hallarda verdiyi icazənin tarixi və nömrəsi;
  7. malların gömrük ərazisindən kənarda emalına verilən icazənin nömrəsi və verildiyi tarix, habelə onun fəaliyyət müddəti;
  8. malların mənşə sertifikatları haqqında məlumat;
  9. gömrük ödənişlərinin alınmasından azad olmaq haqqında hökumət, dövlət qərarlarının adı, nömrəsi və verildiyi tarix də daxil olmaqla, verilən lisenziyaların, digər icazələri nömrələri və verildiyi tarix.

Müvafiq qaydaları aşağıdakılardan ibarətdir:

  • "Növ" stunuda gömrük ödənişlərinin Təsnifatına (Əlavə 14) uyğun olaraq gömrük ödənişi növünün kodu göstərilir.
  • "Hesablamaya əsas" sütununda üzərində gömrük ödənişi aparmaq üçün müvafi ödəniş üçün əsas verən rəqəmlər (gömrük rüsumu və yığımının üçün malın gömrük dəyəri, ƏDV üçün 100 ) yazılır. Bu sütunda yalnız rəqəmli işarələr göstərilir.
  • "Tarif dərəcəsi" sütnunda Gömrük rüsumunun dərəcəsi, ƏDV-nin faizi (18%) qeyd olunur, yığım üçün isə bu qraf boş buraxılır.
  • "Məbləğ" sütununda malların gömrük dəyəri ifadə olunan valyuta ilə hesablanmış, ödəniləcək gömrük ödənişlərinin məbləği göstərilir.
  • "ÖÜ" ödəniş üsulu sütununda ödəniş üsulunun iki rəqəmli, və ya hərfi kodları mövcud gömrük tədiyələrinin ödənişi şərtləri və üsulundan asılılıq qaydalarına uyğun olaraq göstərilir:
  • 01, və ya "NH" - bank vasitəsilə nağdsız hesablaşma;
  • 02, və ya "GK" - gömrük kassasına nağd ödənilmişdir;
  • 03, və ya "ÖM" – ödənişə möhlət verilmişdir;
  • 04, və ya "ÖMU" - gömrük ödənişlərinin ödənilməsi üzrə möhlət müddəti uzadılmışdır;
  • 05, və ya "ŞH" - gömrük ödənişlərində şərti hesablanma olunmuşdur;
  • 06, və ya "QÖ" - ödəniş qarşılıqlı hesablaşma əsasında aparılmışdır.

Cədvəlin aşağısındakı "Cəmi" sütunua isə ödəniləcək gömrük ödənişlərinin cəmi yazılır.