Avropa İttifaqı Tərəfindən maliyələşdirilən və FAO tərəfindən icra olunan “Aqrar Məsləhət Xidmətlərinin Gücləndirilməsi” layihəsinin son təlimi keçirilib.
Təlimdə Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun İnformasiya Təminatı və elmi nəticələrin tətbiqi şöbəsinin müdiri Quliyeva Aynurə Asif qızı və mütəxəssis Hüseynova Şövkət Hafiz qızı iştirak edib.
Təlim aqrar məsləhətçisinin rolunun niyə və necə dəyişdiyini izah etmək, dəyişdirilmiş mənzərədə məsləhət xidmətlərinin təkmilləşdirilməsinə kömək edəcək əlavə bilik və bacarıqları (və ya səriştələri) təsvir etmək, əsas məsləhət yanaşmalarını və müxtəlif alətlərin xüsusiyyətlərini izah etmək, mesaj xəritəsini təkmilləşdirmək və digər kommunikasiya üsulları, performans çərçivəsi təhlilini tətbiq etməklə məsləhətçi təşkilatın fəaliyyətini artırmaq, təşkilat daxilində işçiləri həvəsləndirmək və kənd təsərrüfatı üzrə məsləhət xidmətləri proqramını formalaşdırmaq məqsədi daşıyıb. Təlim xanım Nevena Aleksandrova, layihənin Aparıcı Texniki Mütəxəssisi tərəfindən həyata keçirilib. İki günlük təlimin sonunda iştirakçılar sertifikatla təltif olunublar.